Azərbaycanda ərzaq məhsullarının bahalaşması davam edir – Siyahı


Bu ilin sentyabr ayında istehlak qiymətləri ötən ilin sentyabr ayına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,9 faiz, qeyri-qida məhsulları üzrə 2,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 5,3 faiz artıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin sentyabr ayında istehlak qiymətlərində 3,5 faiz, qida məhsulları, içkilər və tütün məmulatları isə 2,9 faiz artım olub.
Qeyd edilir ki, bu ilin sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma mal və qoyun ətinin, balıq və balıq məhsullarının, yumurtanın, xamanın, kəsmiyin, kərə yağının, armudun, şaftalının, qozun, fındığın, ağ kələmin, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, göy lobyanın, süfrə çuğundurunun, yerkökünün, sarımsağın, kartofun, qara və yaşıl çayın, ucuzlaşma isə limonun, bananın, almanın, üzümün, soğanın qiymətlərində müşahidə olunub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top