
İsrail ordusu Fələstinin HƏMAS hərəkatı ilə bütün girovların azad edilməsinə dair razılaşmanın bir hissəsi olaraq, qoşunlarını Qəzza zolağı daxilində razılaşdırılmış xəttə çıxarmağa başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, bəzi bölmələr anklavdan tamamilə çıxarılacaq, digərləri isə razılaşdırılmış xətlər üzrə mövqelərdə qalacaq.
Nəşr qeyd edir ki, bəzi ərazilərdə geri çəkilmə artilleriya və aviasiyanın dəstəyi ilə həyata keçirilib.
“The Times of Israel”in yazdığına görə, qoşunların çıxarılması oktyabrın 10-da, İsrail hökumətinin HƏMAS-la razılaşmanı təsdiqləməsindən 24 saat sonra başa çatacaq.
Qəzet qeyd edir ki, bu manevr başa çatdıqdan sonra İsrail Fələstin anklavının ərazisinin 53%-nə, əsasən də şəhərdənkənar ərazilərə nəzarəti saxlayacaq.
Bura İsrailin Qəzza zolağı ilə sərhədi boyunca bufer zonası və Misirlə Fələstin anklavı arasındakı Filadelfiya dəhlizi daxildir.
Bundan əlavə, İsrail əsgərləri Qəzza zolağının şimalındakı Beyt Lahia və Beyt Hanun bölgələrində, cənubda isə Rəfah və Xan Yunisin bəzi bölgələrində qalacaq.
Tətbiqimizi yükləyə bilərsiniz