“Sputnik Azərbaycan”ın direktoru həbsdən azad edilib – “Kommersant”


Bakıda həbs edilən “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx sərbəst buraxılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov “Kommersant”ın xüsusi müxbirinə bildirib.
Xəbərdə bildirilir ki, danışıqlar ilk növbədə prezidentin köməkçiləri səviyyəsində aparılıb.
Nəşr yazır ki, Yuri Uşakov bilavasitə azərbaycanlı həmkarı Hikmət Hacıyevlə işləyib və bu barədə qərar Vladimir Putinlə İlham Əliyevin Düşənbədə keçirilən görüşü ərəfəsində verilib.
Həmçinin qeyd olunur ki, Rusiya tərəfi də Rusiya ərazisində saxlanılan Azərbaycan vətəndaşlarından birini azad edib.

DİGƏR XƏBƏRLƏR

Top