Rişi Sunak “Microsoft”un baş məsləhətçisi oldu


Böyük Britaniyanın keçmiş baş naziri (2022-2024) Rişi Sunak “Microsoft” şirkətinin baş məsləhətçisi olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Böyük Britaniyanın müstəqil hökumət orqanı olan Biznes Təyinatları üzrə Məsləhət Komitəsi (BAAC) bildirib.
45 yaşlı Sunak ştatdankənar məsləhətçi kimi fəaliyyət göstərəcək və maaşını uşaqların riyazi bacarıqlarının inkişafına kömək edən “The Richmond Project” xeyriyyə təşkilatına bağışlayacaq. O, həmçinin “Claude” chatbotunu hazırlayan Amerikanın “Anthropic” texnologiya şirkətidə məsləhətçi olacaq.
Qeyd edək ki, iyul ayında Sunak 2000-2004-cü illərdə işlədiyi Amerikanın “Goldman Sachs” investisiya bankında da baş məsləhətçi vəzifəsini qəbul edib. Yanvar ayında keçmiş baş nazir Kaliforniyanın Stenford Universitetində fəaliyyət göstərən Huver İnstitutunda qonaq mühazirəçi, Oksford Universitetinin Leonard Blavatnik adına Hökumət Məktəbində isə fəxri üzv olub.
Xatırladaq ki, Sunak 2024-cü ilin iyulunda keçirilən ümumi seçkilərdən sonra Böyük Britaniyanın baş naziri postunu itirib. Onun Mühafizəkarlar Partiyası 650 yerlik İcmalar Palatasında (aşağı palata) cəmi 121 yer qazanıb. Ancaq Sunak Şimali Yorkşirdəki Riçmond və Nortallerton seçki dairələrindəki deputat kreslosunu qoruyub.

DİGƏR XƏBƏRLƏR

Top