
Almaniyanın Federal Statistika İdarəsi (Destatis) bu ilin birinci yarısında ölkənin dövlət büdcələrinin vəziyyəti ilə bağlı məlumatları açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, hesabata görə, hökumətin bütün səviyyələrində ümumi kəsir 58,5 milyard avro təşkil edib ki, bu da 2024-cü ilin eyni dövründəki 68,6 milyard avrodan demək olar ki, 15% azdır.
Bildirilib ki, Kəsirin azalmasına baxmayaraq, ümumi xərclər tarixdə ilk dəfə olaraq trilyon dollar həddini keçərək, keçən illə müqayisədə 6% artaraq 1,051 trilyon avroya çatıb. Vergi daxilolmalarının (8,2%) və sosial sığorta haqlarının (9,1%) artması hesabına gəlir artımı təxminən 7% təşkil edərək 992,7 milyard avroya çatıb.
Federal büdcə kəsiri 35,5 milyard avrodan 30 milyard avroya qədər azalıb, bələdiyyə büdcələri isə 17,5 milyard avrodan 19,7 milyard avroya qədər artıb.