“İsrail PUA-sı Qəzzada məktəbə zərbə endirdi” − “Al Mayadeen”


“İsrail ordusuna məxsus pilotsuz uçuş aparat (PUA) Qəzzanın qərbində, köçkünlər üçün sığınacaq kimi xidmət edən Yarmuk məktəbinə hücum edib”. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Al Mayadeen” məlumat yayıb.
Bildirilib ki, bir neçə fələstinli yaralanıb və yaxınlıqdakı Baptist Xəstəxanasına aparılıb.
Telekanalın məlumatına görə, günorta saatlarında İsrailin artilleriya atəşinə məruz qalan Qəzzanın mərkəzində yerləşən Nuseyrat qaçqın düşərgəsində də itkilər qeydə alınıb.
Xatırladaq ki, daha öncə ABŞ Prezidenti Donald Tramp İsrail və Fələstinin HƏMAS hərəkatının nümayəndələrinin Misirdə bütün girovların yaxın gələcəkdə azad edilməsini və İsrail qoşunlarının Qəzza zolağının daxilində razılaşdırılmış xəttə çıxarılmasını nəzərdə tutan sülh planının birinci mərhələsi üzrə danışıqlardan sonra razılığa gəldiyini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top