Fransada yeni baş nazir 48 saat ərzində təyin ediləcək


Fransa Prezidenti Emmanuel Makron yaxın 48 saat ərzində yeni baş naziri təyin edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Le Monde” qəzeti Yelisey sarayına istinadla məlumat yayıb.
Digər tərəfdən, Fransanın baş naziri Sebastyan Lekornu öz varisinin iki gün ərzində təyin olunacağını təsdiqləyib.
O, bu barədə “France 2” telekanalına müsahibəsində bildirib.
Qeyd edək ki, Fransada siyasi böhran oktyabrın 6-da Lekornunun istefa ərizəsini Makrona təqdim etməsindən sonra daha da güclənib. Bu, 18 yerdən 13-nün əvvəlki kabinet üzvlərinə məxsus olduğu yeni hökumətin elanının ertəsi günü müxalifətin tənqidi fonunda baş verib. Həmin axşam Yelisey Sarayı elan edib ki, Makron Lekornuya oktyabrın 8-i axşama qədər bütün siyasi qüvvələrlə “fəaliyyət platformasını müəyyən etməyi və ölkənin sabitliyi naminə” yeni danışıqlar aparmağı tapşırıb.

DİGƏR XƏBƏRLƏR

Top