Əliyev təyyarə qəzası ilə bağlı vəziyyətə şəxsən nəzarət etdiyinə görə Putinə təşəkkür etdi


Prezident İlham Əliyev AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyəti şəxsən nəzarətdə saxladığına görə rusiyalı həmkarı Vladimir Putinə təşəkkür edib.
Yeniavaz.com
xəbər verir ki, İlham Əliyev bu barədə Düşənbədə həmkarı ilə təkbətək görüşü zamanı danışıb.
“Bu vəziyyəti şəxsən nəzarətdə saxladığınıza görə Sizə təşəkkür etmək istərdim. Siz istintaqın gedişinə şəxsən nəzarət edirsiniz və bizim şübhəmiz yox idi ki, o, hər şeyi obyektiv araşdıracaq. Ona görə də bizim görüşümüzdə Sizin məhz bu məsələyə aydınlıq gətirməyi lazımlı hesab etdiyinizə görə bir daha minnətdarlığımı bildirmək istərdim”, - deyə dövlət başçısı bildirib.

DİGƏR XƏBƏRLƏR

Top