
Xalq artisti Əminə Yusifqızı vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Report”a Xalq artistinin yaxınları bildiriblər.
Qeyd edək ki, Əminə Yusifqızı 24 sentyabr 1936-cı ildə Bakıda anadan olub.
Uzun illər Azərbaycanda fəaliyyət göstərən bir sıra teatrlarda, eləcə də "Azərbaycanfilm" kinostudiyasında çalışıb.
O, daha çox dublyaj və səsləndirmə sahəsindəki fəaliyyətləri ilə şöhrət qazanıb.
Əminə Yusifqızı 2016-cı ilin 14 sentyabrında Prezident İlham Əliyevin Sərəncamına əsasən, “Şöhrət” ordeni ilə təltif edilib.