
Argentinanın “Boka Xuniors” klubunun baş məşqçisi Migel Anxel Russo 69 yaşında vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bəyanat yayıb.
“Boka Xuniors” Migel Anxel Russonun vəfatını dərin hüznlə elan edir. Migel klubumuzda unudulmaz iz qoyub və əbədi olaraq sevinc, hərarət və zəhmət nümunəsi olaraq qalacaq”, - bəyanatda qeyd ediib.
Argentina Futbol Assosiasiyası Russonun ölümü ilə bağlı başsağlığı verib.
“Boka Xuniors”un baş məşqçisi bir neçə ildir ki, xərçənglə mübarizə aparırdı. Oktyabrın 6-da klub onun evində ağır vəziyyətdə həkim nəzarətində olduğunu açıqlayıb.
Qeyd edək ki, Russo sonuncu dəfə 2025-ci ilin iyununda “Boka Xuniors”un baş məşqçisi təyin edilib. O, əvvəllər bu vəzifəni 2007 və 2019-2021-ci illərdə tutub. Onun rəhbərliyi altında klub Libertadores Kubokunu (2007), Argentina Futbol Çempionatını (2019-2020), Argentina Peşəkar Futbol Liqası Kubokunu (2020) və Argentina Futbol Kubokunu (2019-2020) qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz