Bu gün İsrail və HƏMAS atəşkəs sazişi imzalayacaq


İsrail və HƏMAS bu gün ABŞ Prezidenti Donald Trampın Qəzza münaqişəsinin həlli üzrə sülh planının birinci mərhələsini həyata keçirən sazişi imzalayacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbəyə istinadla məlumat yayıb.
Sazişin Bakı vaxtı ilə saat 13:00-da imzalanması nəzərdə tutulub.
Mənbənin məlumatına görə, anklavda atəşkəs saziş bağlandıqdan dərhal sonra qüvvəyə minəcək.
Agentliyin mənbəsi dəqiqləşdirib ki, İsrailin Qəzza zolağından qismən çıxarılmasının birinci mərhələsi sazişin bağlanmasından sonra 24 saat ərzində başlayacaq.
HƏMAS-dakı mənbənin “Reuters” agentliyinə verdiyi məlumata görə, sağ qalan girovlar İsrail hökuməti sazişi təsdiqlədikdən sonra 72 saat ərzində anklavdan geri qaytarılacaq. Onun sözlərinə görə, bu, oktyabrın 11-də baş tutacaq.
Digər tərəfdən, HƏMAS dağıntılar altından ən azı 28 nəfər olduğu güman edilən ölü girovların cəsədlərini çıxarmaq üçün daha çox vaxt tələb edir.

DİGƏR XƏBƏRLƏR

Top