Neft Fondu Britaniyanın ikinci ən böyük hava limanının bir hissəsini 114 milyona alıb


Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ABŞ-də yerləşən və “BlackRock”un tərkibinə daxil olan “Global Infrastructure Partners” (GIP) investisiya şirkəti ilə tərəfdaşlıq çərçivəsində London Qatvik hava limanına (LGW) 50 milyon funt sterlinq (113,5 milyon manat) investisiya edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ARDNF-nin məlumatında qeyd olunub.
Bildirilir ki, Böyük Britaniyanın ikinci ən işlək hava limanı olan London Qatvik hava limanı hər il 40 milyondan artıq sərnişinə xidmət göstərir və 2024-cü ildə sərnişin dövriyyəsinə görə Avropanın ən işlək on hava limanı sırasında yer alıb. Proqnozlara əsasən, 2030-cu illərin sonlarına qədər hava limanının illik sərnişin axını təxminən 75 milyona çatacaq.
Qatvik hava limanı Birləşmiş Krallığın mühüm nəqliyyat mərkəzlərindən biri kimi 23 mindən çox iş yeri təmin edir və hər il ölkə iqtisadiyyatına milyardlarla funt-sterlinq dəyərində töhfə verir.
2019-cu ildə “VINCI Airports” Qatvik hava limanının 50,01 %-lik səhmlərini GIP-dən əldə edib. Qalan pay isə GIP, ARDNF və digər beynəlxalq institusional investorlar tərəfindən birgə idarə olunmağa davam edir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top