
ABŞ sakinləri vəkillər əvəzinə generativ süni intellekt vasitələrindən istifadə edərək, məhkəmələrdə qalib gəlməyə başlayıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, kirayə haqqını gecikdirdiyinə görə mobil evindən qovulmaq təhlükəsi ilə üzləşmiş amerikalı Linn Uayt məhkəmənin təyin etdiyi vəkillə işi uduzduqdan sonra ChatGPT neyron şəbəkəsinə və “Perplexity AI” xidmətinə müraciət etmək qərarına gəlib. Nəhayət, o, həm evini saxlamağa, həm də ilkin borcunu azaltmağa nail olub.
“Mən süni intellekt olmadan bu işi heç vaxt uda bilməzdim”, - deyə Uayt əlavə edib.
Bununla belə, AI şirkətləri müştəriləri öz xidmətlərindən qanuni məqsədlər üçün istifadə etməkdən çəkindirirlər.
NBC telekanalının bildirdiyinə görə, süni intellekt tərəfindən yaradılan məhkəmə sənədləri çox vaxt qeyri-dəqiqliklər və səhv qərarlar olur.
Buna baxmayaraq, bir çox hüquqşünaslar AI-ın öz peşəkar təcrübələrində tətbiqi perspektivləri ilə bağlı nikbindirlər.
Cənubi Kaliforniyada hüquqşünas olan Endryu Montezin sözlərinə görə, süni intellekt öz hüquqi təhlilini tamamilə əvəz edə bilməz, lakin bu, onun işini əhəmiyyətli dərəcədə sadələşdirə bilər.