İsrail və HƏMAS arasında sülh əldə olundu – Qəzzada müharibə dayandı


ABŞ Prezidenti Donald Tramp ötən gecə İsrail və HƏMAS-ın sülh planının birinci mərhələsini imzaladığını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, razılaşma həm İsrail, həm HƏMAS, həm də onların müzakirəçiləri tərəfindən təsdiqlənib.
Tramp özünün “Truth Social” sosial şəbəkəsində yazıb ki, bu, bütün girovların tezliklə azad edilməsi deməkdir. O bildirib ki, bütün tərəflərə ədalətli yanaşma olacaq:
“Bu, ərəb və müsəlman dünyası, İsrail, bütün qonşu ölkələr, o cümlədən ABŞ üçün böyük gündür. Mən bu tarixi və görünməmiş hadisənin baş verməsi üçün amerikalılarla əməkdaşlıq edən Qətər, Misir və Türkiyədən olan vasitəçilərə təşəkkür edirəm”.
Qəzza zolağının Xan Yunis şəhərində fələstinlilər İsrail və HƏMAS arasında əldə olunan ilk razılaşmanı qeyd ediblər.
İsrailin Baş naziri Benyamin Netanyahu oktyabrın 9-da sazişi təsdiqləmək və girovların evlərinə qayıtmasına icazə vermək üçün Nazirlər Kabinetinin iclasını çağıracağını bildirib.
“Reuters” yazır ki, HƏMAS da İsraillə razılaşmanı təsdiqləyib və razılaşma əldə edildikdən sonra 72 saat ərzində 2000-ə qədər fələstinli məhbus girov mübadiləsi zamanı azad ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top