Banklarda kimin pulu çoxdur, azərbaycanlıların, ermənilərin, yoxsa gürcülərin?


Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda adambaşına düşən bank depozitləri 1746 dollar olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı məşhur “CEIC Data” platforması yayıb.
Platformanın məlumatında qeyd olunur ki, 2025-ci ilin yanvar ayında Azərbaycan üzrə ümumi bank depozitlərinin həcmi 17,8 milyard dollar təşkil edib. Ölkə əhalisinin sayı 10,2 milyon nəfər olduğuna görə, adambaşına düşən depozit məbləği 1746 dollar olub.
Qonşu ölkələr arasında bu göstərici Gürcüstanda 5 690 dollar, Ermənistanda isə 5 153 dollar səviyyəsində qeydə alınıb. Belarusda adambaşına 2 307 dollar, Qazaxıstanda 3 829 dollar, Rusiyada isə 6 667 dollar depozit düşür.
Baltik ölkələri regionda ən yüksək göstəricilərə malikdir. Belə ki, Latviyada adambaşına düşən depozit 10 min 603 dollar, Litvada 16 min 225 dollar, Estoniyada isə 23 min 148 dollar təşkil edib.
Qeyd edək ki, “CEIC Data” platforması məlumatlar hökumət qurumları, mərkəzi banklar və beynəlxalq təşkilatların rəsmi mənbələrindən toplayır. Platforma “ISI Emerging Markets Group” şirkətinə məxsusdur.
Cədvəldə Azərbaycan və bəzi region ölkələrində adambaşına düşən depozit məbləği qeyd olunub:


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top