Azərbaycanda ən çox bu market cərimələnir


Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ölkənin aparıcı pərakəndə satış şəbəkələrindən birinin – “Bravo” supermarketlərinin sahibi olduğu “Azərbaycan Supermarket” MMC (VÖEN - 1403051411) barəsində İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən protokol tərtib edib.
Yeniavaz.com
Agentlikdən açıqlanan məlumata istinadən xəbər verir ki, sentyabr ayında tərtib edilən protokola görə, “Azərbaycan Supermarket” MMC “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinin tələblərini pozub.
Belə ki, “Azərbaycan Supermarket” MMC qida məhsulunu üzərində göstərilən qiymətdən baha satıb.
Məlumat üçün bildirək ki, məhsulunu üzərində göstərilən qiymətdən baha satdığı üçün bu il “Azərbaycan Supermarket” MMC barəsində artıq 10-cu protokol tərtib olunub.
Onu da qeyd edək ki, “Bravo” bu il barəsində ən çox cərimə protokolu yazılan market olub.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top