
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, müqavilənin şərtlərinə görə AZAL Komitəyə Bakı-Füzuli-Bakı istiqamətində hava daşımaları xidmətləri göstərəcək və qarşılığnda 123 min 420 manat alacaq.
Məlumat üçün bildirək ki, son zamanlar müxtəlif dövlət qurumları Bakı-Füzuli-Bakı istiqamətində hava daşımaları xidməti üçün AZAL ilə müqavilələr bağlayır. Belə ki, Medianın İnkişafı Agentliyi Bakı-Füzuli-Bakı istiqamətində həyata keçiriləcək gediş-gəliş uçuşu üçün AZAL-a 69 min 190 manat, Xarici İşlər Nazirliyi 45 min 730 manat, Gənclər və İdman Nazirliyi 66 min 980 manat, İnsan Hüquqları Üzrə Müvəkkil (Ombudsman) 28 min 900 manat ödəyib.
Elnur Əli