
Versal Sarayının Kral Operası süni intellekt tərəfindən fransız dramaturqu Molyerin (1622-1673) üslubunda yazılmış tamaşanı səhnələşdirəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, tamaşa yaradıcılıq mərhələsindədir və premyerası 2026-cı ilin may ayında baş tutacaq.
Tamaşa “Astroloq, yaxud yalançı proqnozlar” adlanır.
Opera Fransanın “Mistral” startapının süni intellekt modeli tərəfindən yazılıb.
Dekorasiyalar və kostyumlar yaratmaq üçün süni intellekt eyni dövrün rəsmləri və eskizləri üzrə xüsusi təlim keçib.
Tamaşada yeddi aktyor və üç musiqiçi iştirak edəcək.
Versaldakı premyerasından sonra tamaşa digər teatrlarda da nümayiş olunacaq.