FİFA Ermənistan Futbol Federasiyasını cərimələdi


Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) İntizam Komitəsi Ermənistan Futbol Federasiyasını 12 min İsveçrə frankı (təxminən 15 min dollar) məbləğində cərimələyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, cərimə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Ermənistan-Portuqaliya matçında nizam-intizam qaydalarının pozulmasına görə tətbiq edilib.
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Ermənistan və İrlandiya arasında keçirilən oyunda nizam-intizam qaydalarının pozulmasına görə isə Ermənistan Futbol Federasiyası 1000 İsveçrə frankı (təxminən 1200 dollar) məbləğində cərimələnib.

DİGƏR XƏBƏRLƏR

Top