Azərbaycanda teatrlar ildə nə qədər tamaşa səhnələşdirirlər? – Siyahı


Son bir ildə Azərbaycanda teatr tamaşalarının sayı artsa da, tamaşaçıların sayı azalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Rəsmi məlumata əsasən, ötən il ölkə üzrə 3 min 764 tamaşa nümayiş olunub. Bu göstərici əvvəlki illə müqayisədə 119 tamaşa çoxdur.
Lakin tamaşa sayındakı artım tamaşaçı marağında öz əksini tapmayıb. Belə ki, son bir ildə tamaşaları 419 min 100 nəfər izləyib. Əvvəlki il bu rəqəm 430 min 100 nəfər olub.
Qeyd edək ki, hazırda Azərbaycanda 29 dövlət teatrı fəaliyyət göstərir. Bakı şəhərində ən çox tamaşa Azərbaycan Dövlət Kukla Teatrında nümayiş olunub. İl ərzində burada 522 tamaşa göstərilib və ümumilikdə 40 min 400 nəfər tamaşaçı zalları doldurub.
Paytaxtda ən az tamaşa İrəvan Dövlət Azərbaycan Dram Teatrında səhnələşdirilib. Burada cəmi 9 tamaşa nümayiş etdirilib və bu tamaşaları 2,9 min nəfər izləyib.
Regionlarda fəaliyyət göstərən teatrlar arasında Lənkəran Dövlət Dram Teatrı fərqlənib. Burada il ərzində 206 tamaşa göstərilib, 20 min 800 tamaşaçı səhnə əsərlərini izləyib. Ən az tamaşa isə Naxçıvan Dövlət Uşaq Teatrında olub – cəmi 24 tamaşa, 500 tamaşaçı.
Bakıda fəaliyyət göstərən Şuşa Dövlət Musiqili Dram Teatrında isə il ərzində 300 tamaşa nümayiş olunub.
Azərbaycanda fəaliyyət göstən teatrlarda nümayiş etdirilən tamaşaların və tamaşaçılaın sayı aşağıdakı kimi olub:
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı – 59 tamaşa (12,7 min tamaşaçı);
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı – 192 tamaşa (30,8 min tamaşaçı);
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı – 184 tamaşa (36,3 min tamaşaçı);
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – 206 tamaşa (49,8 min tamaşaçı);
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı – 212 tamaşa (31min tamaşaçı);
Azərbaycan Dövlət Pantomim Teatrı – 115 tamaşa (3 min tamaşaçı);
Azərbaycan Dövlət Kukla Teatrı – 522 tamaşa (40,4 min tamaşaçı);
Azərbaycan Dövlət “Yuğ” Teatrı – 84 tamaşa (3,5 min tamaşaçı);
Bakı Bələdiyyə Teatrı – 30 tamaşa (məlumat yoxdur);
İrəvan Dövlət Azərbaycan Dram Teatrı – 9 tamaşa (2,9 min tamaşaçı);
Bakı Marionet Teatrı – 39 tamaşa (1,4 min tamaşaçı);
C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı – 89 tamaşa (12,6 min tamaşaçı);
M.T. Sidqi adına Dövlət Kukla Teatrı – 124 tamaşa (12,6 min tamaşaçı);
Naxçıvan Dövlət Uşaq Teatrı – 24 tamaşa (0,5 min tamaşaçı);
Gəncə Dövlət Milli Dram Teatrı – 157 tamaşa (23,8 min tamaşaçı);
Gəncə Dövlət Kukla Teatrı – 155 tamaşa (13,1 min tamaşaçı);
Mingəçevir Dövlət Dram Teatrı – 105 tamaşa (18,4 min tamaşaçı);
Sumqayıt Dövlət Dram Teatrı – 163 tamaşa (29,4 min tamaşaçı);
Ağdam Dövlət Dram Teatrı – 135 tamaşa (12,2 min tamaşaçı);
Füzuli Dövlət Dram Teatrı – 95 tamaşa (8,4 min tamaşaçı);
İ. Çavçavadze adına Qax Dövlət Gürcü Dram Teatrı – 93 tamaşa (3,8 min tamaşaçı);
Qax Dövlət Kukla Teatrı – 84 tamaşa (3,6 min tamaşaçı);
Qazax Dövlət Dram Teatrı – 45 tamaşa (7 min tamaşaçı);
Qusar Dövlət Ləzgi Dram Teatrı – 70 tamaşa (5,2 min tamaşaçı);
Lənkəran Dövlət Dram Teatrı – 206 tamaşa (20,8 min tamaşaçı);
Salyan Dövlət Kukla Teatrı – 184 tamaşa (6,8 min tamaşaçı);
Şəki Dövlət Dram Teatrı – 83 tamaşa (18,3 min tamaşaçı);
Şuşa Dövlət Musiqili Dram Teatrı – 300 tamaşa (10,8 min tamaşaçı).


Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top