
Portuqaliyalı baş məşqçi Serxio Konseysao rəsmən Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun baş məşqçisi təyin edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, mütəxəssisin müqaviləsi 2027-ci ilin iyun ayına kimi nəzərdə tutulub.
Onu Səudiyyə Ərəbistanında Juan Kosta, Siramana Dembele, Fabio Mora, Diamantino Fiqeyredo, Vedran Runye və Eduardo Oliveyradan ibarət məşqçilər korpusu müşayiət edəcək.
Qeyd edək ki, Serxio Konseysaonun son klubu 29 may 2025-ci ildə tərk etdiyi İtaliyanın “Milan” klubu olub. Portuqaliyalı mütəxəssis 30 dekabr 2024-cü ildən komandanın başına keçib. Onun rəhbərliyi altında “Milan” 2024/25 mövsümündə İtaliya Superkubokunu qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz