İsrail Türkiyənin millət vəkillərinin olduğu gəmini nəzarətə götürdü


İsrail donanması Qəzzaya humanitar yardım aparan “Azadlıq Donanması”na beynəlxalq sularda hücum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sözcü” məlumat yayıb.
Bildirilib ki, İsrail hərbçiləri flaqman “Vicdan” gəmisinin göyərtəsinə çıxaraq buradakı fəalları saxlayıblar.
Qeyd olunub ki, onların aralarında Türkiyə Böyük Millət Məclisinin (TBMM) üç üzvü də olub.
“Gələcək Partiyasının millət vəkili Səma Silkin Ün ilə bütün əlaqə kəsilib. Səadət Partiyasının millət vəkilləri Necmettin Çalışkan və Mehmet Atmacadan da xəbər yoxdur. Onların İsrail tərəfindən saxlanıldığı güman edilir”, - nəşr yazır.
Qeyd edək ki, donanmadakı 96 fəalın məqsədi Qəzza xəstəxanalarına dərman və qida çatdırmaq idi.

DİGƏR XƏBƏRLƏR

Top