
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyada “Əl-Qaidə” liderlərindən birinin zərərsizləşdirildiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
ABŞ Mərkəzi Komandanlığı Məhəmməd Əbdülvəhhab əl-Əhmədin hava zərbəsi nəticəsində zərərsizləşdirildiyini qeyd edib.
Mərkəzin məlumatına görə, hava hücumu oktyabrın 2-də baş tutub.
Digər tərəfdən, ABŞ Mərkəzi Komandanlığı Məhəmməd Əbdülvəhhab əl-Əhmədin “Əl-Qaidə” ilə əlaqəsi olan “Ənsar əl-İslam” terror qruplaşmasının üzvü olduğunu bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi ABŞ ordusunun diqqətini Suriyadan gələn İŞİD təhlükəsinə istiqamətləndirdiyini, eyni zamanda İraqdakı bazalarını gücləndirdiyini bildirmişdi.
Xatırladaq ki, İŞİD-in sayı on il əvvəl pik həddinə çatdıqdan sonra azalsa da, Suriyada döyüş və əməliyyat imkanlarını hələ də saxlayır. Pentaqonun təxminlərinə görə, hazırda orada 9000-ə yaxın İŞİD döyüşçüsü var.