Bakıda vaxtı keçmiş dərmanlar yeni etiketlə satılır? – Video


Elvin Əliyev adlı paytaxt sakini iddia edir ki, həkim məsləhəti ilə İlqar Zülfüqarov küçəsindəki “Buta” aptekdən iki ədəd vitamin alıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Xəzər xəbər”ə danışan E. Əliyevin sözlərinə görə, şübhələndiyi üçün dərmanın etiketini açıb.
Məlum olub ki, etiketin altında bir etiket də var. Bu etiketdə dərmanın istifadə müddətinin bitdiyi qeyd olunub. Digərində isə yeni tarix, yeni gün yazılıb.
Onun sözlərinə görə, həkim məsləhəti ilə aldığı vitamin kompleksinin yararlılıq müddəti bitsə də, qablaşdırmanın üzərindəki tarix dəyişdirilib.
E.Əliyev deyir ki, həmin vitamin kompleksindən istifadə etdikdən sonra səhhəti pisləşib və xəstəxanalıq olub.
Vitamin kompleksinin satıldığı “Buta farm” şirkəti Cənubi Koreya istehsalı olan “Multivita” dərman vasitəsinin üzərində yer alan “26.07.22” tarix yazılışı ilə bağlı iddialara aydınlıq gətirib.
Daha ətraflı:

DİGƏR XƏBƏRLƏR

Top