Makqreqor 18 aylıq diskvalifikasiya edildi


Keçmiş “Ultimate Fighting Championship” (UFC) çempionu Konor Makqreqor antidopinq qaydalarını pozduğuna görə 18 ay müddətinə diskvalifikasiya edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Makqreqor 2024-cü ildə üç dəfə - 13 iyun, 19 sentyabr və 20 sentyabr tarixlərində dopinq testlərindən keçə bilməyib.
Diskvalifikasiya müddəti 20 sentyabr 2024-cü ildə başlayır və 20 mart 2026-cı ildə başa çatır.
Bu cür pozuntuya görə qanun pozuntusunun standart müddəti iki ildir, lakin Makqreqorun cəzası bir sıra yüngülləşdirici hallara görə azaldılıb. İdmançı təqsirini boynuna alıb və istintaq zamanı müvafiq orqanlarla əməkdaşlıq edib, lazımi məlumatları verib.
Qeyd edək ki, Makqreqor daha əvvəl Ağ Ev ərazisində UFC döyüşündə çıxış etmək üçün müqavilə imzaladığını açıqlayıb. ABŞ Prezidenti Donald Tramp daha sonra döyüşün 2026-cı il iyunun 14-də baş tutacağını açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top