Daha üç güləşçimiz qızıl medal qazandı


III MDB Oyunlarının yunan-Roma güləşi yarışında daha üç Azərbaycan güləşçisi qızıl medala sahib çıxıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Güləş Federasiyası məlumat yayıb.
71 kilo çəki dərəcəsində çıxış edən İslam Sultanov finalda uğurlu çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Həmçinin, 60 kilo çəki dərəcəsində çıxış edən Əli Nəzərov rusiyalı rəqibi İvan Kozlovu məğlub edərək qızıl medala sahib çıxıb.
Daha bir təmsilçimiz, 51 kilo dərəcəsində çıxış edən Elşad Abbasov finalda belaruslu Tsimafey Semianenka ilə qarşılaşıb.

DİGƏR XƏBƏRLƏR

Top