Ərdoğan Putini ad günü münasibətilə təbrik etdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putini telefonla ad günü münasibətilə təbrik edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə prezidentinin ofisi məlumat yayıb. 
Bildirilib ki, telefon danışığı zamanı Ukrayna münaqişəsi və Qəzzadakı vəziyyət müzakirə edilib:
“Prezidentimiz Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Onlar Türkiyə ilə Rusiya arasında ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər.
Ərdoğan bildirib ki, Türkiyə Qəzza zolağında atəşkəsin təmin edilməsi və bölgəyə humanitar yardımın çatdırılması üçün çalışır”, - məlumatda deyilir. 
Bundan başqa, ofis qeyd edib ki, söhbət zamanı Ərdoğan Rusiya prezidentini ad günü münasibətilə təbrik edib.
 

DİGƏR XƏBƏRLƏR

Top