“Barselona”nın ötən mövsüm gəliri nə qədər olub?


Keçən mövsümdə “Barselona”nın ümumi əməliyyat gəliri 994 milyon avro, xalis əməliyyat mənfəəti isə 2 milyon avro təşkil edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə kataloniyanın “Barselona” klubunun mətbuat xidməti məlumat yayıb.
Həmçinin qeyd edilir ki, klub “Nike” ilə sponsorluq müqaviləsindən 259 milyon avro alıb.
Qeyd edək ki, “Barselona” hazırkı İspaniya çempionudur. Keçən mövsüm onlar həmçinin UEFA Çempionlar Liqasının yarımfinalına yüksəliblər və burada finala çıxan “İnter”ə məğlub olublar.

DİGƏR XƏBƏRLƏR

Top