
Bəzi sosial media hesablarında yayılan İsrailin 7 oktyabrda Qəzzaya qarşı başlatdığı hərbi əməliyyatların ildönümündə Azərbaycanda bayraqların yarıya endirilməsi ilə bağlı iddialar dezinformasiya xarakteri daşıyır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, Azərbaycanı anti-Fələstin tərəfdarı kimi qələmə verməyə çalışan bu kimi iddialar ictimaiyyəti çaşdırmaq, Türkiyə-Azərbaycan münasibətlərinə mənfi təsir göstərmək, qardaş ölkə Azərbaycanın nüfuzuna xələl gətirmək, Türk-İslam dünyası daxilində həmrəyliyi sarsıtmaq, Fələstin xalqına qarşı davam edən soyqırımı ört-basdır etmək məqsədi daşıyan düşünülmüş və sistemli təbliğatın tərkib hissəsidir.
“İctimaiyyəti çaşdırmaq məqsədi daşıyan bu cür yalan məlumatlara məhəl qoymamaq və rəsmi mənbələrdən gələn məlumatlara diqqət yetirmək çox vacibdir”, - məlumatda qeyd edilib.