
Ermənistanın ikinci prezidenti Robert Köçəryan siyasi komandası ilə 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətində olduğunu bildirib.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, o, bu barədə çərşənbə axşamı keçirdiyi mətbuat konfransında qeyd edib.
“2021-ci il seçkiləri göstərdi ki, mənim müəyyən təsir etmək və seçicilərin bir hissəsini birləşdirmək imkanım var”, - Köçəryan bildirib.
Sabiq prezident seçkilərdə özünün iştirakından danışaraq, daha çox səs toplayacağı təqdirdə başqa namizədə yer verməyə hazır olduğunu qeyd edib.
“2021-ci il sorğuları açıq şəkildə göstərdi ki, mənim adımın olduğu siyahı komandamızdakı hər hansı başqa bir adın olduğu siyahıdan daha çox səs toplayır”, - Köçəryan əlavə edib.
Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilin iyununda keçiriləcək. Qalib gələn partiya baş nazir postuna namizəd irəli sürmək hüququ qazanacaq.
Tətbiqimizi yükləyə bilərsiniz