
Azərbaycanda rəsmi statistikanın aparıldığı son 90 ildə (1935-2025-ci illər) doğum nisbəti ən aşağı səviyyəyə düşüb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ötən il Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən doğulanların sayı 10 olub.
Məlumat üçün bildirək ki, daha əvvəl Azərbaycanda doğum səviyyəsi heç vaxt bu həddə qədər düşməyib. Azərbaycanda ən yüksək doğum göstəricisi 1960-cı ildə qeydə alınıb. Belə ki, 1960-cı ildə Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən doğulanların sayı 42,6 olub.
Onu da qeyd edək ki, ötən il dünyada ən yüksək doğum səviyyəsi Afrika qitəsində yerləşən ölkələrdə qeydə alınıb. Ən yüksək doğum səviyyəsi Mərkəzi Afrika Respublikasında qeydə alınıb. Bu ölkədə əhalinin hər 1000 nəfərinə düşən doğulanların sayı 44 olub. Ən aşağı doğum səviyyəsi isə Cənubi Koreyada qeydə alınıb. Koreyada əhalinin hər 1000 nəfərinə düşən doğulanların sayı cəmi 5 olub.
Azərbaycan doğum səviyyəsinə görə dünyanın 103 ölkəsi arasında 80-ci sırada qərarlaşıb. Keçmiş SSRİ və region ölkələri arasında isə yalnız Rusiyada doğum səviyyəsi Azərbaycandan aşağı olub. Region ölkələri arasında ən yüksək doğum səviyyəsi Özbəkistanda olub.
Dövlət Statistika Komitəsinin “2024-cü ildə dünya əhalisi haqqında məlumat bülleteni”nə (“2024 World Population Data Sheet”) istinadən açıqladığı “Ölkələrdə əhalinin hər 1000 nəfərinə düşən doğum göstəricisi”ni təqdim edirik:
Mərkəzi Afrika Respublikası – 44;
Somali – 43;
Niger – 42;
Çad – 42;
Konqo Demokratik Respublikası – 41;
Mali – 39;
Anqola – 38;
Mozambik – 37;
Qvineya – 36;
Yəmən – 35;
Mayotta – 35;
Əfqanıstan – 35;
Uqanda – 35;
Sudan – 34;
Burundi – 34;
Mavritaniya – 34;
Kamerun – 34;
Zambiya – 33;
Tanzaniya – 33;
Nigeriya – 33;
Benin – 33;
Tanzaniya – 33;
Liberiya – 33;
Burkina-Faso – 33;
Tanzaniya – 33;
Malavi – 32;
Efiopiya – 31;
Syerra-Leone – 31;
Toqo – 31;
Madaqaskar – 31;
Zimbabve – 30;
Qvineya-Bissau – 30;
Qambiya – 30;
Eritreya – 29;
İraq – 29;
Timor-Leste – 29;
Fələstin – 29;
Pakistan – 28;
Seneqal – 28;
Qana – 28;
Kenya – 27;
Özbəkistan – 26;
Tacikistan – 23;
Haiti – 22;
Qvatemala – 22;
Suriya – 22;
Türkmənistan – 22;
Əlcəzair – 21;
Laos – 21;
Qazaxıstan – 20;
Nepal – 20;
Banqladeş – 20;
Kamboca – 20;
Misir – 19;
İordaniya – 19;
İsrail – 18;
İndoneziya – 17;
Nikaraqua – 17;
Liviya – 17;
Oman – 17;
Mərakeş – 16;
Hindistan – 16;
Myanma – 16;
Səudiyyə Ərəbistanı – 15;
Vyetnam – 15;
Tunis – 14;
Şri-Lanka – 14;
İran – 13;
Filippin – 13;
Fransa Polineziyası – 13;
Ermənistan – 12;
Bəhreyn – 12;
İslandiya – 12;
Türkiyə – 11;
Kipr – 11;
Yeni Zelandiya – 11;
Avstraliya – 11;
Gürcüstan – 11;
ABŞ – 11;
BƏƏ – 10;
İrlandiya – 10;
Azərbaycan – 10;
Fransa – 10;
Qətər – 9;
Kanada – 9;
Norveç – 9;
İsveç – 9;
Belçika – 9;
Avstriya – 9;
Macarıstan – 9;
Rusiya – 9;
Çexiya – 8;
Finlandiya – 8;
Portuqaliya – 8;
Almaniya – 8;
Tailand – 7;
İspaniya – 7;
Yunanıstan – 7;
Polşa – 7;
Rumıniya – 7;
Çin – 6;
Yaponiya – 6;
Tayvan – 6;
İtaliya – 6;
Cənubi Koreya – 5.
Elnur Əli