
Dünyanın ən yaşlı kişisi, braziliyalı Joao Marinyo Neto 113 yaşını qeyd edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ginnesin Rekordlar Kitabının saytında məlumat dərc olunub.
“Dünyanın ən yaşlı kişisi Joao Marinyo Netonun 113-cü doğum gününü təbrik edirik. Bu gün braziliyalı bu əlamətdar hadisəni ailəsi tərəfindən onun üçün təşkil edilən möhtəşəm ziyafətlə qeyd edir”, - Ginnesin Rekordlar Kitabının saytında bildirilib.
Saytın məlumatına görə, Neto 5 oktyabr 1912-ci ildə Braziliyada anadan olub. Onun altı övladı, 22 nəvəsi, 15 nəticəsi və üç kötücəsi var.
Tətbiqimizi yükləyə bilərsiniz