
İrandan Azərbaycana 22 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Məlumata görə, Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 22 kiloqram 60 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Tətbiqimizi yükləyə bilərsiniz