Putin Netanyahu ilə telefon danışığı apardı


Rusiya Prezidenti Vladimir Putin İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Tərəflər İranın nüvə proqramının həlli və Suriyada sabitliyin yaradılmasını müzakirə ediblər.
Rusiya və İsrail İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətin danışıqlar yolu ilə həllində maraqlı olduqlarını bildiriblər.
Netanyahu Rusiya liderinin doğum günü ərəfəsində Putinə ən xoş arzularını çatdırıb.

DİGƏR XƏBƏRLƏR

Top