“HƏMAS-a girovları tapıb azad etmək üçün bir həftə lazımdır” − KİV


“Fələstin HƏMAS hərəkatına İsrailli girovları azad etmək və ölən əsirlərin qalıqlarını tapmaq və təhvil vermək üçün təxminən bir həftə vaxt lazımdır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The National” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Misir həlak olan israillilərin cəsədlərinin axtarışı və eksqumasiyası üçün Qəzza zolağının müəyyən ərazilərinə xüsusi texnika göndərməyi planlaşdırır. Axtarış əməliyyatının iştirakçıları İsrail ordusundan icazə almalıdırlar.
Qəzetin mənbələri bundan əvvəl Qəzzadakı döyüşlərin intensivliyi səbəbindən HƏMAS rəhbərliyinin bəzi canlı girovları saxlayan yaraqlılarla əlaqəni kəsdiyini bildirmişdi. Bundan əlavə, ölən girovların dəfn yerlərini tapmaq çətinləşib, çünki bir çoxları İsrailin hava zərbələri nəticəsində dağıdılan tunellərdə basdırılıb.
“İndi həm diri, həm də ölü girovların köçürülməsi, ehtimal ki, əvvəlcədən planlaşdırılan üç gün deyil, bir həftə çəkəcək”, - mənbələrdən biri qeyd edib.
Xatırladaq ki, oktyabrın 3-də HƏMAS ABŞ Prezidenti Donald Trampın Qəzza münaqişəsinin həlli planına dair cavabını vasitəçilərə təqdim edib. Hərəkat bütün yaşayan israilli girovları azad etməyə və ölənlərin cəsədlərini təhvil verməyə hazır olduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top