
Dövlət Neft Şirkətinin (SOCAR) Rusiyada fəaliyyət göstərən törəmə şirkəti – “SOCAR RUS” ötən il üçün maliyyə hesabatını açıqlayıb.
Yeniavaz.com şirkətin açıqladığı maliyyə hesabatına istinadən bildirir ki, “SOCAR RUS” şirkəti 2024-cü ildə 47 milyard 842 milyon rubl (576 milyon dollar) gəlir əldə edib və bu gəlirin cəmi 32,12 milyon rublu (387 min dollar) xalis mənfəət olub.
Məlumat üçün qeyd edək ki, “SOCAR RUS” şirkəti 2013-cü ildə təsis edilib. 2016-cı ildən şirkət neft, neft-kimya məhsulları və mayeləşdirilmiş neft qazı (LPG) üzrə birja hərraclarında iştirak etmək hüququna malik olmaq üçün Sankt-Peterburq birjasında akkreditasiya alıb. 2017-ci ildə artıq birjanın fəal iştirakçısına çevrilən SOCAR-ın Rusiyadakı törəmə şirkəti azsıxlıqlı polietilenin (ASPE) satışına başlayıb. Belə ki, həmin ilin aprel ayının 7-dən etibarən “SOCAR RUS” “Azərikimya” İstehsalat Birliyinin istehsalı olan 15803-020 markalı ASPE satışlarını həyata keçirməkdədir. 2019-ci ildən bəri şirkət “SOCAR Polymer”in istehsal etidiyi polipropilen və yüksək sıxlıqlı polietileni də Rusiya bazarında satışa çıxarmağa başlayıb.
Elnur Əli