Bu günə qədər ölən İsrail hərbçilərinin sayı açıqlandı


2023-cü il oktyabrın 7-dən bu yana döyüşlərdə 1152 İsrail hərbçisi ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinə istinadla “Jerusalem Post” qəzeti məlumat yayıb.
Məlumata görə, onların 40%-dən çoxunu 21 yaşdan aşağı və həqiqi hərbi xidmətdə olan əsgərlər təşkil edib.
Nazirlik ölənlərin əksəriyyətinin ehtiyatda olan hərbçilər, vəzifəli şəxslər, xidmət müddətini uzadan hərbçilər və ya həqiqi hərbi xidmət yaşına çatdıqdan sonra xidmətini başa vuran şəxslər olduğunu bildirib.
Həmçinin, nazirlik ölən hərbçilərdən 141-nin 40 yaşdan yuxarı olduğunu qeyd edib.
Nəşrin yazdığına görə, bu rəqəmlər İsrailin döyüşdüyü bütün cəbhələri, eləcə də ölkənin təhlükəsizliyi ilə məşğul olan bütün bölmələri, o cümlədən IDF əsgərlərini, İsrail polisini, “Şin Bet” əməkdaşlarını, Xüsusi Əməliyyat Qüvvələrini əhatə edir.

DİGƏR XƏBƏRLƏR

Top