
Fransanın Baş naziri Sebastyan Lekornu yeni hökumətin elanından sonra müxalifətin tənqidləri fonunda istefa ərizəsini Prezident Emmanuel Makrona təqdim edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti Yelisey sarayından verilən bəyanata istinadla məlumat verib.
Məlumata görə, Fransa Prezidenti onun istefasını qəbul edib.
Beləliklə, Lekornunun baş nazirlik müddəti Fransa tarixində ən qısa baş nazirlik müddəti olub. Əvvəllər baş nazir vəzifəsində ən qısa müddət üzrə rekord 2024-cü ilin dekabrında təyin olunduqdan üç ay sonra istefa verən Mişel Barnyeyə məxsus idi.
Qeyd edək ki, Lekornu bir aydan az müddətdə Baş nazir vəzifəsində qalıb.
Xatırladaq ki, dünən Fransada yeni hökumət formalaşdırılıb.