
İsrail qüvvələrinin son 24 saat ərzində açdığı atəşlər və atdığı bombalar nəticəsində ən azı 65 fələstinli ölüb, daha 153 fələstinli yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
Nazirliyin məlumatına görə, münaqişə nəticəsində ölən qəzzalıların sayı 67 139, yaralanan qəzzalıların sayı 170 000 nəfərə çatıb.
Digər tərəfdən, Qəzza Səhiyyə Nazirliyi son 24 saatda daha bir aclıqdan ölüm halının qeydə alındığını bildirib. Bununla da aclıqdan ölənlərin ümumi sayı 460-a çatıb.
Qətərin “Əl-Cəzirə” telekanalı atəşkəs danışıqlarına və bombalamanın dayandırılması ilə bağlı çoxsaylı çağırışlara baxmayaraq, İsrail ordusu Fələstin anklavını intensiv atəşə tutmaqda davam edir.
Telekanalın məlumatına görə, təkcə son 48 saat ərzində İsrail Hərbi Hava Qüvvələri Qəzza şəhəri və qaçqın düşərgələri də daxil olmaqla, zolaqda 130-dan çox hava hücumu həyata keçirib.