
Bitkoinin qiyməti 124 min 470 dolları keçərək, bütün dövrlərin ən yüksək həddinə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Binance” platforması məlumat yayıb.
Məlumata görə, Bakı vaxtı ilə saat 08:11-ə olan məlumata görə, kriptovalyutanın qiyməti 1,97 faiz artaraq, 124 min 900 dollara çatıb.
Bakı vaxtı ilə saat 08:14-ə olan məlumata görə, bitkoinin qiyməti artımını sürətləndirərək, 125 min 180 dollar (+2,06%) olub.
Əvvəlki bütün dövrlərin ən yüksək səviyyəsi 2025-ci il avqustun 14-də kriptovalyutanın 124 470 dollara çatdığı vaxt qeydə alınıb.
Qeyd edək ki, bitkoin blokçeyn texnologiyasına əsaslanan eyni adlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir və sistemin iştirakçısı olan istənilən istifadəçi tərəfindən əldə edilə bilər. Bunun üçün yeni sistem blokları yaratmaq lazımdır.
Konsepsiya 2008-ci ilin noyabrında Satoşi Nakamoto təxəllüslü müəllif (ehtimal ki, müəlliflər qrupu) tərəfindən yaradılıb. Bitkoinin populyarlığı son illərdə zirvəyə çatıb. Bitkoin tədarükü təbii olaraq məhduddur, əksər bitkoinlər artıq əldə edilib.
Tətbiqimizi yükləyə bilərsiniz