
Qızılın qiyməti daha bir rekorda imza atıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Comex” birjası (Nyu-York Ticarət Birjasının bölməsi) məlumat yayıb.
Ticarət platformasından verilən məlumata görə, qızılın qiyməti tarixi maksimumunu yeniləyərək, bir troy unsiyası üçün 3950 dollara çatıb.
Belə ki, Bakı vaxtı ilə saat 06:02-yə olan məlumata görə, qızılın qiyməti 0,97% faiz artaraq, 1 troy unsiyası üçün 3950 dollar təşkil edib.
Bakı vaxtı ilə saat 06:12-yə olan məlumata görə, qızılın qiymətinin artımı ləngiyərək, 1 troy unsiyası üçün 3947,4 dollar (+0,9%) olub.
Qeyd edək ki, ekspertlərin hesablamalarına görə, bu ilin sonuna kimi, geosiyasi vəziyyətin pisləşməsi, həmçibib, Federal Ehtiyat Sisteminin sərt siyasəti yürütməsi nəticəsində qızılın qiyməti bir unsiya üçün 4000 dolları keçə bilər.
Digər tərəfdən, ABŞ və Çin arasında ticarət müharibəsi baş verərsə, bu halda da qızılın qiyməti arta bilər. Belə bir ssenaridə ABŞ-də inflyasiya yüksələcək və Federal Ehtiyatlar Sistemi faiz dərəcələrini yüksək səviyyədə saxlamaq üçün məhdudlaşdırıcı pul siyasəti həyata keçirməli olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz