
Səkkiz OPEC+ ölkəsi sabit qlobal iqtisadi proqnoz və hazırda aşağı neft ehtiyatlarında əks olunan əlverişli bazar şəraiti fonunda noyabr ayında hasilat kvotalarını sutkada 137 min barel artırmaq qərarına gəlib.
Yeniavaz.com OPEC-ə istinadən xəbər verir ki, qərarın məqsədi bazarda təklif və tələbin tarazlığını qorumaq, qiymətlərin sabitliyini təmin etməkdir.
OPEC+ üzvləri bildiriblər ki, mövcud bazar dinamikası neftə olan tələbatın sabit artım trayektoriyasında qalacağını göstərir.
Nazirlərin növbəti iclası noyabrın 2-də keçiriləcək. İclasda hasilat səviyyələri və bazarın növbəti mərhələdəki vəziyyəti yenidən müzakirə olunacaq.
Tətbiqimizi yükləyə bilərsiniz