
Tsukuba Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, işini dəyişən insanlar daha çox baş ağrısı, yorğunluq və yuxusuzluq kimi əlamətlərə malik olurlar.
Yeniavaz.com xəbər verir ki, tədqiqatın nəticələri “Journal of Occupational & Environmental Medicine”də dərc olunub.
Bildirilir ki, tədqiqat çərçivəsində Yaponiyada təxminən 20 min nəfər arasında internet sorğusu aparılıb.
“Hərçənd iş dəyişmək yeni bir başlanğıc ola bilər, lakin o, həm də fiziki və zehni stressin artmasına gətirib çıxara bilər. Araşdırma işləyən insanlar üçün mövcud dəstək sistemlərinin yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayır.
Bütün ölkə üzrə 20 min nəfər arasında aparılan onlayn sorğunun məlumatları iş dəyişiklikləri ilə özünüqiymətləndirmə yolu ilə bildirimiş sağlamlıq simptomları arasındakı əlaqəni müəyyən etmək üçün təhlil olunub.
Nəticələr göstərib ki, son bir il ərzində işini dəyişənlər baş ağrısı, yorğunluq və yuxusuzluq kimi simptomların daha yüksək göstəricilərinə malikdirlər, nəinki işini dəyişməyənlər. Bu meyl xüsusilə ilk dəfə işini dəyişənlərdə nəzərə çarpır.
İşini dəyişənlər daha çox belə stress amillərindən şikayətləniblər: gecə növbələrinin ağır yüklənməsi, iş yerində ələ salınma və həddən artıq iş yükü. Belə vəziyyətlər fiziki narahatlığa səbəb ola və psixi sağlamlığa mənfi təsir göstərə bilər
Tədqiqatın nəticələri göstərib ki, iş dəyişikliyi həm imkanlar təqdim edə, həm də iş mühitində risklər daşıya bilər. Bunlar iş dəyişikliyi ilə bağlı psixososial stressi anlamağın və keçid dövrü üçün mövcud dəstək sistemlərini yenidən nəzərdən keçirməyin vacibliyini önə çəkir”, - məqalədə deyilir.