
MLS-in digər müntəzəm mövsüm oyununda “İnter Mayami” Fort Lauderdeyldə “New England Revolution”ı qəbul edib və 4:2 hesabı ilə qalib gəlib.
Yeniavaz.com xəbər verir ki, argentinalı hücumçu Tadeo Allende və ispan müdafiəçi Xordi Alba hərəyə 2 qol vurublar.
38 yaşlı argentinalı hücumçu Lionel Messi isə 3 məhsuldar ötürmə edib.
Qeyd edək ki, “İnter Mayami” 32 oyundan sonra 59 xalla dördüncüdür.