“Liverpul” ardıcıl üçüncü oyunda da məğlub oldu – Video


İngiltərə Premyer Liqasının 7-ci turunda “Çelsi” öz meydanında son çempion “Liverpul”u qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.
Yeniavaz.com
xəbər verir ki, hesabı 14-cü dəqiqədə “Çelsi”nin ekvadorlu yarımmüdafiəçisi Moises Kaysedo açıb.
Hollandiyalı hücumçu Kodi Qakpo 63-cü dəqiqədə bərabərlik qolunu vurub.
“Çelsi”nin qələbə qolunu oyuna əlavə olunmuş 6-cı dəqiqədə 18 yaşlı braziliyalı hücumçu Estevao vurub.
Qeyd edək ki, bu, “Liverpul”un ardıcıl məğlub olduğu üçüncü rəsmi oyundur. Klub daha əvvəl liqada “Kristal Pelas”a və Çempionlar Liqasında “Qalatasaray”a məğlub olub.
“Liverpul” hazırda 15 xalla ikinci pillədə qərarlaşıb. “Çelsi” isə 11 xalla altıncı yerdədir.

DİGƏR XƏBƏRLƏR

Top