ABŞ-nin dövlət borcu 2 gündə 360 milyard dollar artdı


ABŞ-nin dövlət borcu son iki gündə rekord həddə - 358 milyard dollar artıb.
Yeniavaz.com
xəbər verir ki, ABŞ-də federal hökumətin maliyyə ili oktyabrın 1-dən sentyabrın 30-dək davam edir.
Köhnə maliyyə ilinin sonuncu günündə dövlət borcu 131 milyard dollar artsa da, yeni ilin ilk günündə 226,5 milyard dollar da artıb. Nəticədə ABŞ-nin dövlət borcu rekord həddə - 37,86 trilyon dollara çatıb.
Bu maliyyə ili dəyişikliyi ABŞ-nin milli borcunun tarixində ən bahalı artımdır. 2024-cü ildə maliyyə ilinin əvvəlindən bəri dövlət borcunun artması iki gün ərzində 347,6 milyard dollar təşkil edib.
Bu ilin avqustunda ABŞ-nin dövlət borcunun tarixdə ilk dəfə olaraq 37 trilyon dolları keçdiyi bildirilib. Borc üç gün ərzində 6 milyard dollar artıb.

DİGƏR XƏBƏRLƏR

Top