“Android”də qeyri-rəsmi proqramların quraşdırılması qadağan olunacaq


Gələn ildən etibarən “Android” təsdiqlənməmiş tərtibatçılardan proqramların quraşdırılmasını bloklayacaq.
Yeniavaz.com
“3DNews”ə istinadən xəbər verir ki, “Google”un yeni siyasəti təkcə “Google Play”ə deyil, həm də üçüncü tərəf proqram mağazalarına və müstəqil tərtibatçılara təsir edəcək.
Şirkət izah edib ki, yenilənmiş quraşdırma sisteminə əlavə yoxlama mərhələsi daxildir: hər bir yeni proqram daxili “Android Developer Verifier” xidməti vasitəsilə yoxlanılmalıdır. Bu, tərtibatçının təsdiq edilib-edilmədiyini, paketlə bağlı hər hansı problemin aşkar edilib-edilmədiyini və tətbiqin quraşdırılıb-qurula bilməyəcəyini müəyyən edir. İnternet bağlantısı olmadan sistem populyar təsdiqlənmiş proqramların yerli keşindən istifadə edəcək, lakin bəzi hallarda “Google” serverləri ilə əlaqə saxlamaq lazım ola bilər.
Bundan əlavə, şirkət qanunu pozanlara nəzarəti gücləndirir: zərərli proqramların yayılması ilə bağlı hesablar bloklanacaq və onların tətbiqlərinin quraşdırılması qadağan ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top