
“Rusiyada iki qətl və bir adam öldürməyə cəhddə ittiham olunan milyarder İbrahim Süleymanovu ömürlük həbs cəzası gözləyir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Moskva və Moskva vilayətinin Hüquq-Mühafizə Mərkəzinin rəhbəri, hüquqşünas Aleksandr Xaminski “RİA Novosti”yə danışıb.
Cümə günü Moskvanın Basmannı məhkəməsi İbrahimov barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. O, iki qətl və bir adam öldürməyə cəhddə ittiham olunur.
“Hazırda söhbət Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi olan “Mütəşəkkil dəstə tərəfindən iki və ya daha çox şəxsi öldürmə”, habelə Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsi və 105-ci maddəsinin 2-ci hissəsi olan “Mütəşəkkil dəstə tərəfindən adam öldürməyə cəhd”dən gedir. Bu maddələr üzrə cəzalar müstəsna dərəcədə ağırdır, qanun iki nəfərin qətlinin təşkilinə görə ömürlük həbs cəzasını nəzərdə tutur”, - Xaminski bildirib.
Vəkil vurğulayıb ki, adam öldürməyə cəhd də ağır cinayət sayılır və uzun müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Tətbiqimizi yükləyə bilərsiniz