
Şair Əlisəmid Kürün (Cəfərli) vəziyyəti ağırlaşıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə APA-ya şairin qızı Aynur Mehdiyeva məlumat verib.
Onun sözlərinə görə, atasının vəziyyəti hazırda ağırdır:
“Bu gün evə buraxılıb, vəziyyəti ağırdır”.
Qeyd edək ki, səhhətində yaranan problemlər səbəbindən Əlisəmid Kür sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmiş, daha sonra müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilib.