“Benfika”nın heyəti virusa yoluxdu – Aralarında Mourinyo da var


"Benfika"nın bir neçə futbolçusu və məşqçi heyəti, o cümlədən Joze Mourinyo Portuqaliya liqasında “Porto” ilə matçdan əvvəl virusa yoluxub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “A Bola” qəzeti məlumat yayıb.
Məlumata görə, oktyabrın 5-də keçirilməsi planlaşdırılan oyunun baş tutması məsələsi yaxın saatlarda  həlledici olacaq.  
Belə ki, Portuqaliya liqasının reqlamentinə əsasən, bir komandada bir qapıçı da daxil olmaqla ən azı 13 oyunçu xəstəliklə və ya hər hansı başqa bir səbəblə qeydiyyatdan keçə bilməsə, bu oyun təxirə salına bilər.
Oyunçuların xəstəliyi isə Portuqaliya səhiyyə orqanları tərəfindən təsdiqlənməlidir.
Nəşrin məlumatına görə, “təhlükəli vəziyyət müşahidə olunmadığı üçün” komanda rəhbərliyi hazırda oyunu təxirə salmağı düşünmür.
Qeyd edək ki, Mourinyo sentyabrın 18-də “Benfika”nın baş məşqçisi vəzifəsinə keçib.
Komanda hazırda 7 turdan sonra 17 xalla Portuqaliya liqasında 3-cü yerdədir. Turnir cədvəlinə 21 xalla "Porto" başçılıq edir.

DİGƏR XƏBƏRLƏR

Top